“Ermənistan 30 il ərzində torpaqlarımızı işğalda saxlayıb, xalqımıza qarşı bütün vəhşilikləri törədib. Avropa Parlamenti isə bunları görməyib”
Avropa Parlamenti korrupsiyanın içində boğulur
Avropa Parlamenti korrupsiyanın içində boğulur
Yusif Nəzərli
21:43 19.10.2023
Gündəm
334
Dəfələrlə ifşa olunublar
“Ermənistan 30 il ərzində torpaqlarımızı işğalda saxlayıb, xalqımıza qarşı bütün vəhşilikləri törədib. Avropa Parlamenti isə bunları görməyib”
“Ermənistan 30 il ərzində torpaqlarımızı işğalda saxlayıb, xalqımıza qarşı bütün vəhşilikləri törədib. Avropa Parlamenti isə bunları görməyib”
Korrupsiya yuvası Avropa Parlamenti bütövlükdə gündəmini Azərbaycana həsr edib. Çünki Azərbaycan beynəlxlaq hüququn aliliyini təmin edib. Separatizmlə mübarizədə effektiv nəticə qazanıb. Son aylarda Fransa və Avropa İttifaqının Azərbaycana münasibətdə beynəlxalq hüququn prinsiplərinə necə zidd və açıq formada qərəzli davranışlar sərgilədiyinin şahidiyik. 30 il maskalanmağa çalışan Fransa bu gün açıq formada özünü erməni dövləti kimi aparır. Lakin nəzərə almalıyıq ki, Avropa Parlamentinin nə Avropa İttifaqına, nə də Avropadakı digər siyasi təşkilatlara təsir imkanları var. Xüsusən, son beş ilin monitorinqləri və araşdırmaları da göstərir ki, bu gün Avropa Parlamentinin Aİ-yə təsir imkanları sıfırdır. ATƏT və AŞ PA-nın, ümumiyyətlə, Avropa Parlamentinin korrupsiyaya bulaşdığı lobbist dairələrin əlində siyasi oyuncağa çevrildiyi ilə bağlı çox ciddi qənaətlər var. Bu baxımdan da Avropa Parlamentinin çıxardığı “qətnamələr” ciddi hesab edilmir. Digər tərəfdən, Ermənistan baş nazirinə Avropa Parlamentində tribuna verilməsi də parlamentin nüfuzsuz olduğunun növbəti göstəricisidir.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, Avropa Parlamenti korrupsiyanın içində boğulur. Deputatın sözlərinə görə, son vaxtlar Avropa parlamentariləri pul hesabına sifarişlər icra etməkdə dəfələrlə ifşa olunublar:
"Avropa Parlamenti seçkiləri zamanı erməni lobbisi bəzi namizədlərə maliyyə dəstəyi göstərərək onların çiyinlərinə müəyyən öhdəliklər qoyublar. Həm də ermənilərin təəssübkeşçisi Fransanın Avropa Parlamentinə təsir gücü böyükdür. Azərbaycana qarşı qəbul olunan qərəzli qətnamələr Fransanın və erməni lobbisinin təsiri ilə qəbul olunur. Avropa Parlamenti belə qərəzli qərarlar qəbul etməklə qurumun beynəlxalq hüquq və demokratiyadan uzaq olduğunu bir daha sübut edir. Azərbaycan dövlətinin bütün hərəkətləri beynəlxalq hüquqa söykənir. Ermənistan 30 il ərzində torpaqlarımızı işğalda saxlayıb, xalqımıza qarşı bütün vəhşilikləri törədib. Avropa Parlamenti isə bunları görməyib. Amma könüllü şəkildə Qarabağı tərk etmiş etmiş ermənilərə görə Azərbaycana qarşı qərarlar qəbul edirlər".
Müsahibimiz vurğulayıb ki, əgər Azərbaycan getmək istəyən ermənilərə dəhliz açmayaraq, onların istəklərinin reallaşmasına mane olsaydı, indi bizi "erməniləri girov saxlamaqda" günahlandırardılar:
"Yəni necə etsək də, "günahkar" oluruq. Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan öz haqqının müdafiəsinə malik ölkədir. Heç bir dövlət, o cümlədən Azərbaycan haqqının tapdanmasına imkan verməz. Avropa Parlamenti qərəzli qətnamə qəbul edirsə, bizim parlamentimiz də onu pisləyən və ədalətə dəvət edən bəyanat qəbul edir. Ümumilikdə isə Avropa Parlamentinin qərəzli qətnamələri ölkəmiz üçün dəyərsiz kağız parçasından başqa bir şey deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media