Avropa “yanır” - 15 şəhərdə “qırmızı həyəcan” elan edildi
18:31 23.06.2024
Gündəm
503
Qlobal istiləşmə dünyanın dörd bir yanında təsirini göstərir. İllər öncə Avropaya səyahətdən zövq alanlar, sərin, mülayim hava arzusu ilə müxtəlif ölkələrdə istirahətə can atanlar son illərdə demək olar hər yerdə yorucu istilərlə üz-üzə qalır. Avropanın ən çox səyahət edilən, turistlərin ən çox sevdiyi və seçdiyi İtaliya da hazırda qızmar günəşin şüaları altında “qovrulur”. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, İtaliyanın 8 şəhərində kəskin isti hava şəraiti ilə əlaqədar “qırmızı həyəcan” elan edilib. Əhaliyə də isti hava ilə bağlı ciddi xəbərdarlıq edilib. Verilən xəbərlərdə İtaliyaya Afrikadan Minos antisiklonunun yayıldığı bildirilir. Bunun nəticəsində də havanın temperaturu 40 dərəcədən yüksəkdir. İtaliya Səhyyə Nazirliyi paytaxt Roma da daxil, Ansona, Campobasso, Frosinone, Latina, Palermo, Rieti, Perugianın olduğu 15 şəhər “qırmızı həyəcan” səviyyəsində elan edilib. Romanın yerli əhalisi də, turistlər də məşhur İspaniya Nərdivanları önündəki Barcaccia fontanında özlərini suya ataraq sərinlənirlər. Kolizeydə isə nəhəng sərinkeşlər və çətirlər quraşdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual