Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühim alternativ enerji mənbəyin çevrilməkdədir - Millət vəkili
09:57 17.07.2022
Gündəm
500
Prezident müşavirədə bir sıra mühim mesajlar verdi
"2022-ci ilin ilk yarısının yekunlarına həsr edilən müşavirədə Azərbaycan Prezidenti tərəfindən bir sıra mühim mesajlar verildi".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, bütövlükdə, bu ilin birinci yarısında iqtisadi artım tempinin davam etməsi və xüsusən də qeyri-neft iqtisadiyyatı 9,6 faiz artıma nail olunması müsbət haldır:
"Bu ilin ikinci yarısı üzrə də artımın davam edəcəyin xəbər verir. Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 5 faizdən çox böyüyəcəyi gözlənilir. Bu hədəflər ilə yanaşı, iqtisadi təklükəsizlik üçün vacib olan xarici borcun tənzimlənməsi və starteji valyuta ehtiyatlarının qorunub saxlanması siyasəti də davam etdirilir. Azərbaycanda xarici borcun ÜDM-də payı 10.7 faizədək azalıb. Bu MDB-də ən yaxşı göstərici olmaqla yanaşı, dünya ən az xarici borc asıllığı olan 10 ölkədən biri anlamına gəlir. Eyni zamanda, 2022-ci ilin dövlət büdcəsi dürüstləşdirilən zaman Dövlət Neft Fondunun transferlərinin azaldılması fiskal gəlirlərdə enerjidən kənar sektorun payı artırmaqla yanaşı, valyuta ehtiyatlarımızın qorunub saxlanması baxımdan vacib idi. İqtisadiyyatın diversifikasiyası prioritetdir və növbəti dövrlərdə də ən əsas hədəflərdən biri olaraq qalacaq. Rusiya-Ukraya müharibəsi fonunda Azərbaycanın geo-strateji mövqeyi daha güclənməkdədir. Cəmi 2 gün sonra Azərbaycan ilə Avropa İttifaqı arasında Enerji Memorandiumu imzalanacaq. Azərbaycan Şahdəniz” ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil ediləcək. Bu ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq".
Parlament üzvü deyib ki, Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühim alternativ enerji mənbəyin çevrilməkdədir:
"Artıq “Köhnə Qitə”də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər. Avropa İttifaqı ilə yanaşı ABŞ ilə əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılması da xüsusi qeyd olunmalıdır. Bu əlaqələr Azərbaycanın regional mövqeyinin daha da güclənməsi baxımdan vacibdir. Ermənistanın 10 noyabr Anlaşmasındakı bir sıra öhdəlikləri hələ də yerinə yetirməməsinə baxmayaraq Azərbaycan işğaldan azad olunan torpaqlarımızın bərpa və yenidənqurmasını daxili mənbələr hesabına davam etdilir. Cənab Prezident müşavirədə bir daha bəyan etdi ki, status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir. Bu isə bir daha təsdiq edir ki, region üçün yeganə müsbət alternativ kommunikasiyaların bərpası və qarşılıqlı ərazi bütövlüyünün tanınmasıdır. Azərbaycan ordusu güclüdür və ordu quruculuğu davam etdirilir. Növbəti dövr üçün də prioritetlər bəyan edildi. İqtisadiyyatın leqallaşdırılması ilə bağlı islahatlar davam etdiriləcək, neftdən asıllılığın azaldılması ilə bağlı siyasət dərinləşdiriləcək, şəhid ailələrinə və müharibə əlillərinə dövləti dəstəyi daha da gücləndiriləcək, gələn ilin büdcəsində əsas istiqamət yenə də sosial siyasət olacaq, Qarabağı və Zəngəzuru quruculuq işləri davam etdiriləcək və bu gün qlobal xarakter daşıyan ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı işlər davam etdiriləcək. Müşavirədə də qeyd olunduğu kimi dünya iqtisadiyyatı resessiya ilə üz-üzədir. 2022-ci ilin ikinci yarısı və xüsusən də 2023-cü il üçün qlobal proqnozlar ürəkaçan deyil. Bu kontekstdə daxili hədəflərin reallaşması daha da aktuallıq kəsb edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya