Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir.

APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.

“Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək”, - dövlət başçısı qeyd edib.