Azərbaycan-Rumıniya Müştərək Komissiyasının iclası keçiriləcək
14:33 01.03.2024
Gündəm
427
Azərbaycan və Rumıniyanın strateji tərəfdaşlığa əsaslanan əlaqələri daim inkişaf edir. Bu əlaqələrin ildən-ilə daha da genişləndirilməsi Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin başlıca məqsədidir.
APA xəbər verir ki, bu fikir əmək və əhalinin sosial müdafiəsi naziri, Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevlə ölkəmizdə səfərdə olan Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Sebastyan-İoan Burdujanın görüşündə vurğulanıb.
S.İ.Burdujanı Komissiyanın Rumıniya tərəfindən həmsədri təyin edilməsi münasibətilə təbrik edən S.Babayev ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün işlərin davam etdiyini bildirib.
Azərbaycan və Rumıniya arasında iqtisadi əlaqələrin inkişaf etməkdə olmasının növbəti göstəricisi kimi, iki ölkə arasında ticarət dövriyyəsində davamlı artım olduğu qeyd edilib.
S.İ.Burdujanı Azərbaycana səfərindən məmnunluğunu və bu səfərlə bağlı xoş təəssüratlarını ifadə edib. Ölkəsinin Azərbaycanla dost münasibətlərini və əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini bildirib.
Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyi nəzərdən keçirilib. Enerji, nəqliyyat, investisiya, sosial, kənd təsərrüfatı, təhsil, humanitar, infrastruktur, inşaat və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Hər iki ölkənin sahibkarlarının iştirakı ilə təşkil olunan biznes forumların önəmi vurğulanıb.
Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın bu il Bakıda 8-ci iclasının keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.
Sosial sahədə də əməkdaşlığın genişlənməsi üçün aparılan işlərdən, DOST mərkəzləri modelinin Rumıniyada tətbiqi perspektivlərindən bəhs olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq