Azərbaycan və Çin arasında turizmə dair memorandumlar imzalanıb
Yusif Sultanoğlu
06:27 16.11.2023
Gündəm
365
Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Çin Xalq Respublikasının Pekin şəhərində təşkil edilmiş tədbirdə Azərbaycan Turizm Bürosu, "Azərbaycan Hava Yolları" QSC və "China Tourism Group" (CTG) arasında strateji tərəfdaşlığa dair üçtərəfli memorandum imzalanıb.
Agentlikdən APA-ya verilən xəbərə görə, memoranduma əsasən, Çin mərkəzi hökumətinin "China Tourism Group" (CTG) holdinqi tərəfindən Azərbaycan turizm məhsullarının təşviqi, yeni turizm məhsullarının inkişaf etdirilməsi, onlayn reklam, sosial media vasitəsilə məzmun marketinqi, onlayn və oflayn tədbirlərin təşkili üzrə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.
Həmçinin Azərbaycan Turizm Bürosu ilə Çinin tanınmış onlayn səyahət platforması "Qyer.com" arasında da əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum sənədində müştərək məzmunların yaradılması, brendin təşviq edilməsi, media təbliğatı və data əsaslı təhlil və tədqiqat sahələri üzrə strateji tərəfdaşlığın həyata keçiriləcəyi diqqətə çatdırılır.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Çinin getmə turizmi üzrə geniş potensialının mövcudluğunu qeyd edərək imzalanmış memorandumların Azərbaycana səfər edən Çin vətəndaşlarının sayının artmasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Florian Zenqstşmid 2023-cü ilin yanvar-oktyabr dövrü ərzində Çindən Azərbaycana səfər edən ziyarətçilərin sayının 20 469 nəfər olduğunu, bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfədən çox artım sayıldığını bildirib və bu rəqəmlərin çinli səyahətçilərin Azərbaycana xüsusi marağının göstəricisi olduğunu vurğulayıb.
Üçtərəfli memorandumun imzalanma mərasimində "Azərbaycan Hava Yolları" QSC İcraçı direktorunun birinci müavini Nazim Səmədov qeyd edib ki, aviaşirkət dekabr ayından etibarən Çinin paytaxtı Pekinə uçuşlar həyata keçirməyi planlaşdırır. Həmçinin bildirilib ki, AZAL müasir təyyarə parkına malik, dünyanın sürətlə inkişaf edən aviadaşıyıcılarından biri olaraq marşrut şəbəkəsini daim genişləndirməkdədir.
Bundan əlavə, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə "Azərbaycan Hava Yolları" QSC və 9 yerli turizm sənayesi nümayəndəsi Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM) sərgisində ölkə stendi ilə təmsil olunub.
Beynəlxalq turizm sərgisi çərçivəsində Çinin media platformaları, getmə turizm seqmentində fəaliyyət göstərən turizm şirkətləri ilə görüşlər keçirilib, Azərbaycanın turizm məhsulları barədə məlumat verilib.
Xatırladaq ki, ötən həftə Şanxayda Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi turizm istiqamətinə çevirmək məqsədi daşıyan, turizm sənayesinin çinli turistləri qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək üçün nəzərdə tutulan “China Ready” proqramının təqdimatı baş tutub.
Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 9-13 noyabrda Çinin Şanxay, Quançjou və Çenqdu şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media