Azərbaycan vətəndaşların İrandan təxliyəsi davam etdirilir - AÇIQLAMA

Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi ilə bağlı son vəziyyət açıqlanıb.

Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov APA-nın Türkiyə bürosuna açıqlamasında Azərbaycanın İrandakı səfirliyinin təxliyə olunduğunu xatırladıb.

Onun sözlərinə görə, lakin bununla belə, Azərbaycan vətəndaşların İrandan təxliyəsi davam etdirilir.

Nazirlik rəsmisi bugünədək yüzlərlə vətəndaşın Azərbaycana təxliyə olunduğunu bildirib.

“Biz bacardığımız qədər İrandakı vətəndaşlarımıza konsulluq xidməti göstərməyə davam edirik. Nazirliyə daxil olan müraciətlər təmin olunur. Hazırda vətəndaşlarımızın İrandan təxliyəsi üçün zəruri tədbirlər davam edir. İrandakı Azərbaycan vətəndaşlarının yaxınları tərəfindən edilən müraciətlərə baxılır”, - XİN rəsmisi qeyd edib.