Azərbaycan Xarici İşlər Nazirliyi Özbəkistanı Milli Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
"Özbəkistanın Milli Günü münasibətilə qardaş Özbəkistanı və xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Azərbaycan Özbəkistanla strateji müttəfiqlər kimi tərəfdaşlığa böyük dəyər verir və dostluq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyinə inanır.
Milli Günün mübarək, Özbəkistan!", - paylaşımda qeyd olunub.