Azərbaycanda “Sığorta Festivalı 2024”ə start verilib
16:29 19.08.2024
Gündəm
430
“Həyat sığorta ilə rahat” devizi ilə keçirilən “Sığorta Festivalı 2024”ün açılış tədbiri Bakıda baş tutub.
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda ikinci dəfə keçirilən “Sığorta Festival”ı 17 avqust tarixində Bakı şəhərində Dənizkənarı Milli Parkda iştirakçıların görüşünə gəlib.
Böyük açılış mərasimində “Etude Band’’in möhtəşəm çıxışı və “DJ Proxxy”nin enerjili, ritmik musiqi repertuarı iştirakçılara mükəmməl festival atmosferi yaşadaraq əyləncəni maksimum səviyyəyə çatdırıb. Ötən il olduğu kimi festival müddətində müxtəlif hədiyyəli oyunlar oynanılıb, intellektual yarışlar keçirilib və sürprizli şoular təqdim olunub.
“Sığorta Festivalı 2024”də ölkənin aparıcı sığorta şirkətləri iştirak ediblər. “Edutainment” formatında həyata keçirilən tədbirdə “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib.
Festival Bakıdan sonra respublikanın 4 müxtəlif şəhərində - 24 avqust Naxçıvan, 30 avqust Sumqayıt, 3 sentyabr Lənkəran və 7 sentyabr tarixində Gəncədə keçiriləcək. Tədbirin Gəncədə baş tutacaq möhtəşəm bağlanış mərasiminə “Hiss”in sevilən ifaları rəng qatacaq.
Qeyd edək ki, Azərbaycanda ilk “Sığorta festival”ı ötən il baş tutub. Belə ki, festival Bakı, Sumqayıt, Quba, İsmayıllı, Şəki, Zaqatala, İsmayıllı və Gəncə olmaqla 10 bölgədə iştirakçıların görüşünə gəlib.
Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası, geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunması ilə bağlı həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsinin tərkib hissəsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya