Azərbaycandan keçən nəqliyyat marşrutunun açılması Ermənistanla Orta Asiya ölkələri arasında ticarətin inkişafı üçün yeni imkanlar yaradır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Aİİ-də hələ düzgün şəkildə daxil olmadığımız bazarlar var, de-yure deyil, de-fakto: Qazaxıstan və Qırğızıstan. Bunlar nəhəng bazarlardır və nəqliyyat məhdudiyyətləri səbəbindən çox simvolik ixracatımız var idi. İndi Azərbaycan vasitəsilə nəqliyyat imkanları açılıb və bu, Ermənistanla Qazaxıstan arasında ikitərəfli ticarət və kommersiya əlaqələrinin inkişafı üçün yeni bir fürsətdir. Eyni şey Qırğızıstana da aiddir”, - o bildirib.