Baba-nəvə birləşdi: Dünyaya gül suyu ixrac edirlər
03:04 30.05.2024
Gündəm
442
Uşaq yaşlarından üzünü gül suyu ilə yuyan Gülşah Gürkanın uğur hekayəsi İspartadan başlayır. Gülşah əsl gül suyunun sirrini kəşf edib və indi dünyanın 10-dan çox ölkəsinə gül suyu ixrac edir. Bununla həm də, Türkiyənin İsparta bölgəsini dünyaya tanıdır. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Gülşah Gürkan İstanbulda anadan olub. Gülşah gül suyundan kosmetik vasitələr düzəldən nəslin davamçısıdır. 1965-ci ildən müxtəlif firmalara gül ləçəkləri satışı ilə məşğul olublar. Gülşah anadan olmadan öncə babası Mustafa Gürkan bankdan kredit almaq üçün müraciət edibmiş. Bankdan “hə” cavabı Gülşahın doğum xəbəri ilə eyni vaxta düşüb. Baba nəvəsinin doğumunu taleyin xoş qisməti sayaraq gülçülük istehsalını genişləndirməyə başlayıb. Hazırda Gülşah “Gülsha” adlanan müəssisənin rəhbəridir. Güllərin becərilməsi, toplanması, gül suyunun istehsalına rəhbərlik edir. Mövsümdə 4 ton gül ləçəyi toplayırlar. “Mən güllərin içində doğulmuşam. Babam Mustafadan çox şey öyrəndim, həyatım boyunca onu örnək aldım, ondan nümunə götürdüm. Gülçülər, fermerlər hər zaman babama inanırdılar, ona etibar edirdilər. Babamdan mənə yadigar qalan da bu inam hissidir. İllərdir dəyişməyən tərəfdaşlarımız var. Onlarla iş birliyimiz bu gün də davam edir. İlk dəfə babam xam məhsulun öz dəyərinə satılmasına qərar verib. O gündən bu günədək babamın qoyduğu qayda dəyişmir”, deyən Gülşah Gürkan orta təhsilini Türkiyədə başa vurduqdan sonra İngiltərədə menecerlik ixtisası üzrə ali təhsil alıb. Müxtəlif sahələrdə işləyib. Şəxsi biznesini qurmaq ən böyük xəyalı olub. Türkiyəyə qayıtdıqda gülçülük sahəsini inkişaf etdirmək qərarına gəlib. Bir çoxlarının gül suyu bilərək istifadə etdiyi maddənin, əslində, gül suyu olmadığını fərq edib. İspartada yetişən “Rosa Damascena” gülündən yağı tərkibində saxlanılan yeni bir məhsul istehsalına başlayıb. 2011-2012-ci illərdə yağın tərkibində qalan gül suyunu dünyaya tanıdıb. Hong Konqda keçirilən sərgiyə qatılıb. Orada gül suyu alıcısı şirkətlərlə müqavilə bağlayıb. Bütün məhsulu Çin, Hong-Konq, Tayvan şirkətlərinə satıb. Gülşah deyib ki, əsl gül suyunun tərkibində mütləq yağ olmalıdır. Yağ yoxdursa, bu, gül suyu deyil. Süni məhsuldur. Bir müddət sonra təbii gül yağ istehsalına başlayıb. Hazırda gül suyu və gül yağını dünyanın məşhur kosmetika firmalarına satır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Drezdendə Avropanın ən böyük çip zavodlarından biri açıldı
23:56 02.07.2026
Texnologiya
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz