Bakıda COP29-la bağlı toplantı çərçivəsində iqlim dəyişikliyi barədə panel müzakirəsi keçirilib
Bakıda COP29-la bağlı toplantı çərçivəsində iqlim dəyişikliyi barədə panel müzakirəsi keçirilib
Yusif Sultanoğlu
13:30 19.06.2024
Gündəm
476
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan "COP29- aparan yol: Dayanıqlı və Davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantı çərçivəsində "İqlim dəyişikliyinin su, biomüxtəliflik və ərzaq təhlükısizliyi ilə əlaqəsi" adlı panel müzakirəsi keçirilib.
Sherg.az APA-ya istinadən xəbər verir ki, panel müzakirəsində iqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə, su resurslarına və biomüxtəlifliyə təsiri müzakirə olunub.
Moldovanın keçmiş Baş naziri (2015) Çiril Qaburiçi panel çıxışında bildirib ki, bu gün dünyada 52 münaqişə var: "Onların bəziləri çox ciddi silahlı münaqişələrdir. Biz burada, öz ölkələrimizdə oturub, bu münaqişələrə yerli bir şey kimi baxırıq. Amma hamımız bilirik ki, bu yerli deyil və ya əksər yerli münaqişələr arxasında böyük güclər olan müharibələrdir. Və bu, məni siyasi reallıqların lazımi dəyərə və ya konstruktiv dəyərə malik olmadığını düşünməyə vadar edir. İnanın ki, Çindən olan bir alim heç bir problem olmadan ABŞ-dan olan alim, mühəndis, həkim və ya müəllimlə düzgün müzakirə aparacaq, onun üçün fərqi yoxdur, onlar ünsiyyət qura biləcəklər. Bunun səbəbi isə onların heç bir gizli gündəmlərinin olmamasıdır. Sevdikləri şeylərdən, maraqlarına uyğun ümumi məsələlərdən danışırlar. Bu isə bir daha onu gətirir ki, biz qərarların qəbulunda insani yanaşmanı, empatik toxunuşu təmin etməliyik. Maliyyə yanaşmasından çıxaraq daha çox insanlıqdan istifadə etməliyik. Məncə, edə də bilərik, insanlıq, mənim fikrimcə, problemdən fürsətə keçmək üçün əsas ola bilər. Əgər qərar vermə prosesimizə daha çox insanlıq gətirə, yolumuzu dəyişdirə, xarici hədəf və prioritetləri təyin edə bilsək, o zaman əməkdaşlığı təmin edə, ortaq məqsədləri müəyyən edə bilərik".
BMT Baş Assambleyasının 77-ci Sessiyasının prezidenti Csaba Korosi deyib ki, BMT çərçivəsində kompleks məsələləri müzakirə etmək daha da çətinləşib:
"Biz yeni reallıqlarla üzləşirik və bu reallıqlat 10 ilki reallıqlardan tamamilə fərqlidir. Çoxtərəfli təşkilatlar getdikcə daha çox ölkələrin bir-biri ilə deyil, bir-birinə qarşı danışdıqları platformalara çevrilib. Və buna görə də BMT kontekstində çox mürəkkəb məsələlərin və sistem dəyişikliklərinin olması getdikcə daha çətindir".
O qeyd edib ki, iqlim, zorakılıq, ərzaq təhlükəsizliyi və enerji ayrılmaz şəkildə bir-biri ilə bağlıdır.
Csaba Korosi çıxışında su resusrlarının, biomüxtəlifliyin qorunmasının vacibliyini vurğulayıb.
CGIAR-ın icraçı direktoru, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının keçmiş baş elmi işçisi İsmahane Elouafi panel çıxışında kənd təssərüfatı və ərzaq təhlükəsizliyi barədə danışıb.
İsmahane Elouafi bəşəriyyətin su dövranının pozulmasının şahidi olduğunu deyib: “Hazırda buxarlanmanın çox hissəsinin qurudan gəldiyini göstərən məlumatlar var. Beləliklə, biz quruda su dövranını pozuruq. Lakin çöküntülərin çoxu okeanlara axır. Beləliklə, onların quruya düşməsi əvəzinə, planetin səthinin çox hissəsini okeanlar əhatə etdiyinə görə, biz konservasiya səylərini azaltmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm