Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Pakistan nümayəndələri, media təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Mərasim "Qurani-Kərim" tilavəti ilə başlayıb.

Daha sonra tədbirdə Pakistan səfiri Qasım Mohiuddin tərəfindən Pakistanın dövlət bayrağı ucaldılıb.

Pakistan prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərifin Müstəqillik Günü ilə bağlı müraciətləri səsləndirilib.

Səfiri Qasim Mohiuddin tədbirdə çıxış edib. Pakistan üçün bu günün əhəmiyyəti vurğulanıb.

Azərbaycandan olan tələbələr qonaq qismində urdu dilində çıxış ediblər.

Sonda ziyafət verilib.