
Bakıda Rəsulzadənin heykəli mütləq qoyulmalıdır - TƏKLİF
02:57 16.01.2024
Gündəm
576
Sadəcə, Rəsulzadə deyil, ümumən Cümhuriyyət xadimlərimizin necə böyük işlər gördüyünü gənc nəsil daha dərindən bilməli, öyrənməlidir
"Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan M.Ə.Rəsulzadəyə dövlətin necə böyük dəyər verdiyinin göstəricisidir". Bunu Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı deyib. Alim bildirib ki, Sərəncam müxtəlif manipulyasiyalara səbəb olmuş anlaşılmaz hərəkətlərin üstündən xətt çəkdi:

"Məncə, bu münasibətin Məhəmməd Əmin Rəsulzadə irsinin fundamental və akademik səviyyədə araşdırılması işinə müsbət təsiri olacaq. Düzdür, ayrı-ayrı alimlərimiz, araşdırmaçılarımızın Rəsulzadə ilə bağlı tədqiqatları var. Bilinməyənlərin aşkara çıxarılması üçün çox işlər görülüb. Lakin bunlar yetərli deyil, daha fundamental əsərlər ortaya qoyulmalıdır. Xüsusən, Rəsulzadənin mühacirətdəki fəaliyyəti, irsi geniş araşdırılmalıdır".
Q.Çaxmaqlı hesab edir ki, yaradıcılığını Rəsulzadə irsinin tədqiqinə həsr etmiş alimlərimizdən ibarət bir heyət seçilə bilər: "Onlar akademik səviyyədə bir neçə cilddən ibarət kitablar ortaya qoyarlar. 1918-1920-ci illəri əhatə edən Cümhuriyyətimizin dövrü Azərbaycan xalqının şərəfli bir keçmişidir. Həmin dövrdə örnək alınacaq çox şeylər var. M.Ə.Rəsulzadə və onun silahdaşlarının həyatı, mübarizəsi tariximizin parlaq, milli və çox şərəfli səhifəsidir. Rəsulzadənin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində onun heykəli mütləq qoyulmalıdır. Sadəcə, Rəsulzadə deyil, ümumən Cümhuriyyət xadimlərimizin necə böyük işlər gördüyünü gənc nəsil daha dərindən bilməli, öyrənməlidir".
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Sərəncamda bildirilib ki, Məhəmməd Əmin Rəsulzadənin 2024-cü ilin yanvar ayında anadan olmasının 140 illiyi tamam olur: "Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb və mübarizə aparıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya