Bakıya tramvaylar qayıdır: Gələcəkdə paytaxtımızda trolleybus və metrobuslar da görəcəyik
Fidan Həmişəyeva
13:08 07.02.2020
Gündəm
1676
Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli ölkəmizdə tramvay xəttinin bərpası ilə bağlı məsələyə toxunub. O bildirib, Lökbatan və Hövsan qəsəbələrini Neftçilər prospekti üzərindən tramvay yolu birləşdirmək nəzərdə tutulub. V.Kərimlinin sözlərinə görə, Dənizkənarı Milli Parkın ilk zolağı hesabına bu tramvay xətti qurula bilər:
“Hazırda hesablamalar aparılır. Bu, nəticələr müsbət olsa, biz ümumiyyətlə, ictimai nəqliyyatı Neftçilər prospektindən yığışdırmağı nəzərdə tuturuq”.
Tramvay xəttinin bərpası tıxacların nisbətən də olsa azalması məsələsini gündəmə gətirib. Bu xətlərin qurulmasının nə dərəcədə effektiv olacağı ilə bağlı Sherg.az-a danışan “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, uzun müddətdir tramvay xətlərinə dair təkliflər irəli sürülür.
Ekspertin bu təkliflərin həyata keçirilməsinin vacib olduğunu vurğulayıb:
“Çünki Azərbaycanda ictimai nəqliyyat deyiləndə yalnız avtobus, metro və taksilər nəzərdə tutulur. Amma belə olmalı deyil. Dünyanın bir çox ölkələrində ictimai nəqliyyatın müxtəlif növləri var. Məsələn, qardaş Türkiyədə tramvaylar, metrobuslar və digər ictimai nəqliyyatlar mövcuddur. Azərbaycanda da bu məsələyə diqqət göstərilməlidir. Nəzərə almaq lazımdır ki, 2018-ci ilin dekabr ayında Prezident İlham Əliyev “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nı təsdiqləyib. 5 illik “Dövlət Proqramı”nda ictimai nəqliyyat növləri ilə bağlı məsələyə də toxunulub. Proqramda göstərildiyi kimi, aidiyyəti qurumlar məsələyə ciddi yanaşsalar, ümid edirəm ki, yaxın gələcəkdə ictimai nəqliyyatın digər növləri kimi tramvay, trolleybus, metrobus kimi nəqliyyatları şəhərimizdə görə biləcəyik”.
E.Muradlının qənaətincə, tramvaylar ekoloji cəhətdən təmiz nəqliyyat növü olduğuna görə, bütün dünyanın diqqəti bu nəqliyyatlardadır:
“Vüsal Kərimlinin qeyd etdiyi maşrut üzrə tramvay xətlərinin çəkilməsi məsləhətdir. Hazırda Bakıda tikintilər xaotik vəziyyətdə getdiyinə görə, elə küçə və prospektlər var ki, orada istəsək belə tramvay xəttini çəkmək mümkün deyil. Mümkün olduqda isə dövlət tərəfindən milyardlarla vəsait lazım gələcək ki, həmin binalar, yaşayış məntəqələri, ofis və otellər sökülsün, beləliklə ictimai nəqliyyatın hərəkəti tənzimlənsin. İctimai nəqliyyatın növü nə qədər çox olarsa, digər nəqliyyat növlərinin sayı da bir o qədər azalacaq. Bu, dünyanın məntiqlə yanaşdığı bir məsələdir. Tramvay xəttinin yaradılması yaxşı effekt verə bilər. Düşünürəm ki, tramvay xəttini Nefçilər prospekti ilə çəkmək mümkün olmasa da, bu xətt müəyyən yerlərdən, məsələn, Milli Parkın ərazisindən keçsin. Bu, həm insanlar üçün xoş təəssürat yaradar, həm turistlər üçün cəlbedici olar, həm də əsas yola heç bir ağırlıq salmaz. Əsas yolda sərt döngələr və sıxlıq olan yerlər var. Həmin ərazilərdə tramvay xəttini Milli Parkın ərazisindən keçirtmək olar. Digər maşrutları da araşdırmaq lazımdır. Məsələn, Heydər Əliyev prospekti ilə bu xətti yaratmaq mümkündür. Babək və Nobel prospektində infrasturukturları incələyib müşahidələr aparmaq lazımdır. Düşünürəm ki, orada tikintilər elə də xaotik vəziyyətdə getməyib. Yəni, yolların hərəkət hissələrinə yaxın ərazidə tikintilər yoxdur.
Babək prospektində avtobus zolağı yaradılıb, həmin zolaqda həm də tramvay zolağı yaratmaq olar. Tutaq ki, bu gün ora avtobus zolağı olduğu üçün heç kim əhəmiyyət vermir, əslində nəqliyyat vasitələri o zolağa keçməli deyillər. Amma gələcəkdə orada tramvay xətti salınsa, ümid edirəm ki, bu yaxşı effekt verə bilər”.
Ekspertin fikrincə, Qara Qarayev prospekti boyunca da tramvay xəttini yaratmaq effektiv olar:
“Amma orada böyük söküntü işləri getməlidir. Xalqlar dostluğu və Əhmədli metrostansiyası şəhərin ən sıxlıq olan nöqtələridir. Ümumilikdə dərin müşahidələr aparıb qərar qəbul etmək lazımdır. Nəqliyyat infrasturukturu belədir ki, otaqda oturub qərar qəbul etməklə irəliəyiş əldə etmək mümkün deyil. Ərazini təhlil edib öyrənmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya