Baş nazir: “Tramp marşrutu” üzrə müqavilə tez təsdiqlənməlidir

“Ermənistan və ABŞ arasında “Tramp marşrutu” (TRIPP) layihəsi üzrə imzalanmış müqavilənin təsdiq proseduru mümkün qədər tez təmin edilməlidir”.

Teleqraf xəbər verir mi, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

Baş nazir TRIPP-in milyardlarla dollarlıq layihə olduğunu bildirib.

Xatırladaq ki, Ermənistan və ABŞ iyunun 4-də onlayn şəkildə “Tramp marşrutu” üzrə çərçivə sazişini imzalayıb. Sazişə Ermənistan tərəfindən xarici işlər naziri Ararat Mirzoyan, ABŞ-dən isə dövlət katibi Marko Rubio imza atıb.