Bayram yarmarkalarında ucuzluq olur: Amma, məhsullar keyfiyyətlidirmi? – AKTUAL
Fidan Həmişəyeva
08:30 28.02.2020
Gündəm
699
Ölkəmizdə Novruz bayramı münasibətilə bayram yarmarkalarının quraşdırılmasına başlanılıb. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən verilən məlumata görə, şəhərin müxtəlif yerlərində bayramla əlaqədar 15-ə yaxın çadır qurulub:
"İstehlakçıların alış-verişlərini rahat şəkildə etmələri üçün əlverişli şərait yaradılıb. Belə ki, şəhərin müxtəlif yerlərində, əsasən, metro çıxışlarında 15-ə yaxın çadır quraşdırılıb".
Yarmarkaların təşkil edilməsində məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir. Bəzi hallarda isə alıcılar ucuz olsa da, yarmarkalarda keyfiyyətli məhsul tapmaqda çətinlik çəkdiklərini bildirirlər.
Bayram yarmarkalarının quraşdırılmasının müsbət hal olduğunu deyən iqtisadçı-ekspert Natiq Cəfərli Sherg.az-a açıqlamasında bildirib ki, bununla ən azından alternativ bazar yaranır və əhali bayram bazarlıqlarını edə bilir:
“Problem başqa məsələdədir. Çox zaman yarmarkalarda aşağı keyfiyyətli məhsulların satıldığını şahidi oluruq. Sırf riyazi və iqtisadi baxımdan hesablamalar aparsaq, yarmarkalarda daha ucuz qiymətə məhsul almaq olar. Lakin keyfiyyətsiz və yararsız məhsulların çox olduğunu nəzərə alsaq, son nəticədə yarmarkalardan alınan məhsul daha baha başa gəlir. Çünki çox zaman keyfiyyətlə bağlı problemlər yaranır. Bunları həll etmək üçün fermerlərin birbaşa bazara çıxışının təmin edilməsinə dair mexanizmlər hazırlanmalıdır. Fermerlər məhsullarını birbaşa özləri çıxarıb satsalar, daha keyfiyyətli və ucuz məhsul əldə etmək olar. Çünki bazarlarda olan məhsulların böyük əksəriyyəti fermerlərdən ucuz qiymətə alınıb baha qiymətə satılır. Fermerlərin özləri bazara və yarmarkalara çıxış əldə etsələr, həm keyfiyyətli, həm də daha ucuz məhsul almaq mümkün olar. Ötən illərin təcrübəsi onu deməyə əsas verir ki, indiki şəraitdə yarmarkalarda keyfiyyətsiz məhsul olması son nəticədə vətəndaşın daha çox ödəniş etməsinə səbəb olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya