Bələdiyyələrin sayı iki dəfə azaldılmalıdır
Yusif Nəzərli
09:54 07.04.2022
Gündəm
624
Razi Nurullayev hesab edir ki, Türkiyə modeli əsas götürülməlidir
“Bizim dövlət qurumları gözəl hesabat hazırlamağı bacarır. Kaş ki, hər şey yazılanlar qədər sadə, yazılanlar qədər ümidverici olsun”. Bunu deputat Razi Nurullayev parlamentin ötən gün keçirilən iclasında deyib. Millət vəkili bildirib ki, icra hakimiyyətləri və yerlərdəki nümayəndələr elə adamları önə verirlər ki, onlar daha çox əmrlərə tabe olsunlar. Parlament üzvünün sözlərinə görə, bələdiyyələr siyasiləşir və icra hakimiyyətlərinin əmrinə tabe olan quruma çevrilirlər:
“Onların çoxu mövcud resurslardan istifadədən başqa digər qazanc yolu bilmir. Mövcud resurslar da çoxdan talanıb, satılıb, bağışlanıb və darmadağın edilib. Küncdə-bucaqda nə qalıbsa, indi onun mübarizəsi gedir. Hərçənd, bələdiyyələrin qazanc götürməsi üçün qanunvericiliklə bütün məsələlər həll edilib. Bələdiyyələr yararlana bilirmi? Əlbəttə, yox. Onlara biznes təlimi keçmək lazımdır, qazanc götürmək üçün biznes planları və icra mexanizmini öyrətmək vacibdir”.
Deputat bildirib ki, qazanc götürmək üçün yerli resurslar çox zəifdir:
“Olanları da əllərindən almışıq. Mədən vergisini də bələdiyyələrdən alıb mərkəzləşdirdiniz. Mən əleyhinə səs verdim, çünki bu aktı bələdiyyələr üçün çıxarılan ölüm hökmü kimi gördüm. Sözün qısası, bələdiyyələrin iki dəfə azaldılmasına çağırış edirəm. Təklifim budur ki, pilot layihə üçün 30 bələdiyyə seçilsin - 5 şəhər, 5 rayon və 20 kənd bələdiyyəsi. Xaricdən, qonşu Türkiyədən, digər ölkələrdən mütəxəssislər cəlb edək. Onlara 4-5 il zaman verək ki, bələdiyyələrdə pilot layihə həyata keçirib uğurlu işlərə imza atsınlar. Yerli mövcud resurslardan biznes dəyəri yaratsınlar. Uşaq bağçası, poliklinika, məktəb, xırda biznes sexləri, emal müəssisələri qursunlar. Banklardan və dövlət fondlarından ucuz kreditlər cəlb edib iş qura bilsinlər, xaricdən kredit alsınlar. Onlara bu şəraiti yaradaq”.
R.Nurullayev qeyd edib ki, əgər pilot layihə uğurlu olarsa, bütün bələdiyyələrə tətbiq edilə bilər: “Konkret iş görmək və dəyər yaratmaq zərurətdir. 23 ildir ki, bələdiyyələr yaradılıb. Hələ də onlar “torpaq satan” imici ilə tanınırsa, vətəndaşlar vergi vermək istəmirsə, inam yoxdursa, xalq tərəfindən mənfi münasibətə malik qurumlardan biridirsə, bu, onların günahı deyil, bizim hamımızın günahıdır. Xahiş edirəm, verdiyim təklif dəyərləndirilsin və mümkünsə, yazılı şəkildə cavablandırılsın”.
Oxşar xəbərlər
Yəmən hökuməti Bab əl-Məndəb boğazı və Zubab rayonuna nəzarəti tam itirib - YENİLƏNİB
17:30 15.11.2026
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Xəbər lenti
Hamısına bax
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya