Bəşər Əsəd Suriyadan necə qaçırılıb - TƏFƏRRÜATLAR
09:45 13.02.2025
Gündəm
419
“Bəşər Əsəd Suriyanı Rusiyadan gələn məmurla görüşdən sonra tərk edib”.
APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin oğlu Hafiz Əsəd deyib.
O qeyd edib ki, ailəsi Suriyanı tərk etmək fikrində olsaydı, bunu ya 2012-ci, ya da 2013-cü ildə, Dəməşq mühasirədə olanda və mütəmadi olaraq bombalanarkən həyata keçirərdi.
H. Əsədin sözlərinə görə, Rusiyadan həmin şəxs gələnə qədər Prezident ailəsinin Suriyadan etmək planı olmayıb, hər şey dekabrın 7-dən 8-nə keçən gecə dəyişib.
Bəşər Əsədin oğlu dissertasiyasını Moskvada müdafiə etdiyini, anası Əsmanın isə Moskvada müalicə aldığını diqqətə çatdırıb.
Hafiz Əsəd Dəməşq yaxınlığındakı atışmanın onları qorxutmadığını bildirib və bunu reallıq adlandırıb. H. Əsəd ordunun Suriyanın paytaxtını müdafiə etməyə hazırlaşdığı barədə fikirlər səsləndirib:
“Hər şey gecə yarısından sonra dəyişdi. Bizim Al-Malkidə yerləşən evimizə Rusiyalı məmurun gəlişinin ardınc. O gəldi və hakimiyyət qüvvələrinin döyüşlərinə nəzarət etmək üçün bir neçə günlüyə Latakiaya köçməklə bağlı xahişi bizə çatdırdı. Dəməşqin Beynəlxalq Havalimanında keçmiş Prezidentin qardaşı Mahir Əsəd də onlara qoşuldu. Gecə saat üçdə onlar Rusiyaya məxsus hərbi təyyarədə bu ölkənin Xmeymimdəki hərbi bazasına aparıldı. Təyyarə eniş etdikdən sonra onlar Prezidentin Bürc İslam rayonundakı İqamətgahına getməli idilər. Bu iqamətgah havalimanının 40 kilometrliyində yerləşir. Lakin sonradan iqamətgahla əlaqə yaratmaq cəhdləri uğursuz oldu, zənglərə cavab verən olmadı. Bu məqamda Bəşər Əsəd hərbçilərin döyüş meydanından geri çəkildiyi ilə bağlı məlumat aldılar”.
Hafiz Əsəd gündüz saatlarında Xmeymim bazasındakı Rusiya komandanlığından ətraf ərazilərdəki vəziyyətin ciddiyyəti ilə bağlı məlumat aldıq:
“Onlar bizə bildirdilər ki, artıq bazası tərk etmək mümkün deyil. Çünki terrorçular bütün ölkə boyunca yayılıb. Vəziyyət xaotik xarakter aldı və ölkənin hərbi rəhbərliyi ilə əlaqə kəsildi. Moskva ilə məsləhətləşmələrdən sonra bizə bildirdilər ki, Rusiyaya təxliyə edilməyimizlə bağlı sorğu göndərilib. Bir müddət keçdi və biz Moskvaya istiqamətlənən təyyarəyə əyləşdik, gecə saatlarında isə havalimanında eniş etdik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm