Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilir - YENİLƏNİB

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir.

Bu barədə APA-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir.

***

12:45

Bir neçə dəqiqə sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.

Bu barədə APA-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.