Blinkenin dediyi atəşkəs anlaşması müvəqqətidir - RƏY
Yusif Nəzərli
09:29 22.03.2024
Gündəm
410
Çünki İsrail höküməti Qəzza zolağında, bütövlükdə Fələstində radikal qüvvələr zərərsizləşdirilənə və HƏMAS tamamilə sıradan çıxana qədər döyüşləri davam etdirəcəyini bildirib
Atəşkəs danışıqlarında İsrail və Fələstinin HƏMAS hərəkatının mövqeləri arasında uçurum daralır və bu, Qəzza zolağında yeni atəşkəs razılaşmasının əldə olunmasına imkan yaradır.
Bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
"Boşluq bağlanır və biz Dohada razılaşmalar üçün səy göstərməyə davam edəcəyik”, - Blinken bildirib.
İsraillə HƏMAS arasında bir dəfə hümanitar atəşkəsin olduğunu bildirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Solton “Sherg.az”a söyləyib ki, həmin vaxt tərəflər girov və əsir düşənləri dəyişdirmişdi:
“İndi Qətərin paytaxtı Dohada keçirilən danışıqlarda da eyni məsələ gündəlikdədir. Yəni Ərəb ölkələri, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Amerika Birləşmiş Ştatları, Fələstin və İsrailin nümayəndələri yenidən hümanitar məsələ ilə bağlı bir neçə günlük humanitar atəşkəsi müzakirə edirlər. Ramazan ayı boyunca atəşkəsin elan olunması ilə bağlı fikirlər mövcud idi. Amma daha sonra həmin istiqamətdə danışıqlar dayandı və hərbi əməliyyatlar davam etdi. Blinkenin qeyd etdiyi anlaşma da daha çox müvəqqəti xarakter daşıyır. Çünki İsrail höküməti Qəzza zolağında, bütövlükdə Fələstində radikal qüvvələr zərərsizləşdirilənə və HƏMAS tamamilə sıradan çıxana qədər döyüşləri davam etdirəcəyini bildirib. Bu isə deməkdir ki, humanitar atəşkəslə bağlı razılaşma əldə edilsə də, davamlı olmayacaq. Sadəcə olaraq Ramazan ayı günlərində müəyyən zaman çərçivəsində atəşkəslə bağlı razılaşma mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə