Bu il Azərbaycandan xaricə təhsil almaq üçün gedənlərin sayı açıqlanıb
Yusif Nəzərli
11:42 29.10.2021
Gündəm
549
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə ümumilikdə 200 azərbaycanlı dünyanın 6 müxtəlif ölkəsində 41 nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış tələbələrin 148-i Macarıstan, 21-i Çin Xalq Respublikası, 10-u Latviya, 15-i Türkiyə Respublikası (YTB xətti ilə doktorantura), 3-ü Rumıniya və 3-ü Rusiya Federasiyası üzrədir. Ümumilikdə, 36 nəfər doktorantura, 143 nəfər magistratura, 21 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb.
Tələbələrin qəbul aldığı universitetlər sırasında “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “Eötvös Loránd University”, “MGIMO University”, “Riga Technical University” və “İstanbul Üniversitesi” üstünlük təşkil edir.
Qeyd edək ki, HTP çərçivəsində təhsil alacaq təqaüdçülərdən biri dünya universitetlərinin beynəlxalq reytinq cədvəlində 28-ci sırada olan “Tsingua University” (Çin Xalq Respublikası) ali təhsil müəssisəsinə qəbul olub.
Ümumi statistika ilə keçidə daxil olaraq tanış ola bilərsiniz.
Azərbaycanın imzaladığı hökumətlərarası müqavilələrə uyğun olaraq bəzi ölkələr (Macarıstan, Çin, Qazaxıstan, Rumıniya, Tacikistan, Latviya və s.) hər il Azərbaycan vətəndaşları üçün təqaüd yerləri ayırır. Sözügedən təqaüd proqramlarına dair elanlar müvafiq internet səhifə vasitəsi ilə (http://htp.edu.az/az/index ) mütəmadi olaraq ictimaiyyətə təqdim edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya
Qazaxıstanda vitse-prezident vəzifəsi yaradıldı
12:03 20.05.2026
Gündəm
Əhmədinejadı hakimiyyətə gətirmək üçün... – ABŞ “planı”
11:54 20.05.2026
Dünya
Saleh Səmədovun mənimsədiyi məbləğ məlum oldu
11:30 20.05.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır
11:27 20.05.2026
Aktual