Cəbrayılda yeni hərbi hissə kompleksi açıldı - YENİLƏNİB + FOTO
Yusif Nəzərli
07:57 05.10.2021
Gündəm
342
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını edib.
AZƏRTAC xəbər verir ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində iştirak etməsi münasibətilə hərbi hissədə mərmər yaddaş daşı və lövhəsi quraşdırılıb.
Hərbi hissənin silah və döyüş texnikası arsenalına “Harop” və “Quzğun” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar, tank əleyhinə idarə olunan raketlər, 120 millimetrlik və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri, atıcı, qrup və snayper silahları, müşahidə və gecəgörmə cihazları, termal qurğular və nişangahlar, xüsusi təyinatlı avadanlıqlar, həmçinin zirehli transportyorlar, yüksək keçidli avtomobillər, zirehli döyüş maşınları daxil edilib. Dövlətimizin başçısının tapşırığına əsasən işğaldan azad olunan ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir.
Prezident İlham Əliyev zirehli döyüş avtomobilini idarə etdi, “Harop” pilotsuz uçuş aparatlarına baxdı.
Ərazisi 64 hektar olan hərbi hissə kompleksinə qərargah binası və əsgər yataqxanası, şəxsi heyətin xidməti yüksək səviyyədə aparması üçün lazımi şəraitlə təmin edilən iş otaqları, yeməkxana binası, hamam-camaşırxana, yaşayış şəhərciyi, avtomobil texnikasının saxlanması üçün bokslar, silah, yanacaq, ərzaq və əşya-geyim anbarları daxildir. Kompleksin təlim şəhərciyində hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi üzrə məşqlərin təşkili, atış poliqonunda müxtəlif cür atıcı və iriçaplı silahlardan atışların keçirilməsi və nəticələrinin qiymətləndirilməsi, şəxsi heyətin mövcud silah və döyüş texnikasından istifadə bacarıqlarının təkmilləşdirilməsinə imkan verən zəruri şərait yaradılıb. İdman şəhərciyində hərbi qulluqçuların idmanla məşğul olmaları üçün futbol və voleybol meydançaları, həmçinin ən müasir standartlara uyğun avadanlıqlar və alətlərlə təchiz olunan idman zalı vardır. Ərazidə əsaslı abadlıq işləri aparılıb.
4 oktyabr, 14:22
Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksi açılıb.
Mərasimdə Prezident İlham Əliyev iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya