CENTCOM: İrana qarşı dəniz blokadası çərçivəsində 129 gəmi istiqamətini dəyişib

ABŞ-ın İrana dəniz blokadası çərçivəsində indiyə qədər 129 ticarət gəmisinin istiqaməti dəyişdirilib.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, 6 gəmi blokadaya tabe olmadığına görə sıradan çıxarılıb.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadası çərçivəsində İran limanlarına heç bir gəmi daxil ola və oradan çıxa bilməz.