Ceyhun Bayramov Avrasiya Patent İdarəsinin prezidentini qəbul edib
11:10 16.11.2023
Gündəm
344
Xarici işlər naziri Ceyhun Bayramov Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyevi qəbul edib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanda əqli mülkiyyət institutunun inkişafının ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanıldığı, sözügedən sahədə genişmiqyaslı struktur islahatlarının aparıldığı, idarəçiliyin optimallaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb.
“Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” kimi dövlət əhəmiyyətli sənədlərdə əqli mülkiyyət sahəsinin inkişafı istiqamətlərinə ayrıca yer verildiyi ifadə olunub.
AR Əqli Mülkiyyət Agentliyi ilə APT-APİ arasında əməkdaşlıq əlaqələrinin, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətlərin böyük önəm kəsb etdiyi vurğulanıb.
APİ-nin prezidenti Qriqoriy İvliyev tərəfindən qeyd edilənlərlə həmfikirlik bildirilərək, əqli mülkiyyət sahəsində mümkün əməkdaşlığın müvafiq kadrların hazırlanması, patentlərin rəsmiləşdirilməsi, vahid standartların tətbiqi kimi geniş əhatə dairəsinə malik olduğu diqqətə çatdırılıb.
Əqli mülkiyyət sahəsində əlaqələrin inkişafına töhfə verilməsi məqsədilə rəhbər və işçi səviyyədə təmasların davam etdirilməsinin, konfranslar, dəyirmi masalar kimi tədbirlər vasitəsilə bir araya gəlinərək həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlərin müzakirəsinin əhəmiyyəti ifadə olunub.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən APİ ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələri, qlobal patent müraciətləri sahəsində son meyllər, APİ-nin müvafiq strukturlarına seçkilər barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media