Ceyhun Bayramov Qırğız Respublikasının səfirini qəbul edib
Ceyhun Bayramov Qırğız Respublikasının səfirini qəbul edib
13:56 21.06.2024
Gündəm
435
21 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kayrat Osmonaliyevi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və Qırğızıstan arasında mövcud dərinləşmiş strateji tərəfdaşlıq münasibətlərindən, liderlər arasında artan siyasi təmaslardan və artan əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizdə diplomatik fəaliyyəti müddətində Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafında səylərinə görə qarşı tərəfə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzu edib.
Azərbaycan və Qırğızıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın əsasında iki ölkə və xalqlarımız arasında mövcud qardaş və dost münasibətlərin, həmrəylik və qarşılıqlı dəstəyin dayandığı məmnunluqla qeyd olunub.
Bir çox istiqamətlər, xüsusilə qarşılıqlı investisiyalar, nəqliyyat və kommunikasiyalar kimi sahələr üzrə əməkdaşlığın geniş perspektivlərinin olduğu, mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində artan dinamikanın təqdirəlayiq olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, Qırğızıstanın ölkəmizin yenidənqurma və sülh səylərinə dəstəyini minnətdarlıqla qeyd edib.
Səfir Kayrat Osmonaliyev Qırğızıstanın Azərbaycanda səfiri kimi çalışdığı müddətdə göstərilən dəstəyə görə təşəkkür edib, iki ölkə arasında strateji xarakter kəsb edən tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə dair inamını ifadə edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Foto
Oxşar xəbərlər
Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən çıxarılması ilə bağlı iclas çağırılacaq
21:01 27.10.2026
Baxçalıdan Türk dünyasına mesaj: “Heç bir fikir ayrılığı qardaşlığımızı pozmamalıdır”
19:27 27.10.2026
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya