Ceyhun Bayramov Səudiyyə Ərəbistanı XİN rəhbəri ilə telefon danışığı aparıb
14:38 04.06.2024
Gündəm
399
4 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub.
XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
Nazirlər iki ölkə arasında dost münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd ediblər.
Nazirlər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildiriblər.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edib, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalarla çirklənmənin mümkün mənfi təsirlərinin aradan qaldırılması və ölkəmizin minatəmizləmə fəaliyyəti istiqamətində göstərilən 3 milyon ABŞ dolları məbləğində dəstəyə görə minnətdarlıq bildirib.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan məmnunluq ifadə edilib, ölkələrimiz arasında yaşıl enerjiyə keçid istiqamətində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər, qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini və ən xoş arzularını çatdıraraq, bu mübarək bayramın sülh, birlik və əmin-amanlıq gətirməsini diləyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə