Ceyhun Bayramov ümidsizdirsə, Zakir Həsənov danışmalıdır
Yusif Nəzərli
22:22 01.10.2021
Gündəm
444
"Paşinyan hökumətinin yaxın zamanlarda sülhə və əməkdaşlığa yönəlik qətiyyətli addım atacağı ehtimalı sıfıra bərabərdir"
Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyə görə üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiya və nəqliyyat yollarının açılması prosesi ləngiyir. Bu barədə Xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yakub Kulhanek ilə Bakıda keçirdiyi görüşdə deyib. Nazir vurğulayıb ki, Ermənistan hələ də əldə üçtərəfli bəyanatın razılaşmalarına əməl etmir, müddəaları yerinə yetirməkdən boyun qaçırır:
“Bəyanatın imzalanmasından 10 ay keçməsinə baxmayaraq, Ermənistan hələ də azad olunan ərazilərin mina xəritələrini tam olaraq verməyib. Bu ilin iyun və iyul aylarında təqdim olunan xəritələrin keyfiyyəti isə aşağı olub. Bu isə mülki insanların ölümünə səbəb olub. Belə ki, bu dövr ərzində 167 şəxs işğaldan azad olunan ərazilərdə minaya düşüb. Onların da böyük əksəriyyəti mülki şəxslərdir. Üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq mina xəritələrinin verilməsi prosesinin başa çatdırılmaması, işğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası işlərini və məcburi köçkünlərin həmin ərazilərə qayıtması prosesinin templərini ləngidir”.
Son günlər Ermənistan Baş naziri Nikol Paşinyanın nisbətən müsbət açıqlamaları, regional əməkdaşlıqla bağlı bəyanatları gündəmdədir. Paralel olaraq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya rəhbəri Vladimir Putin arasına baş tutan 3 saatlıq görüşü ətraflı müzakirə olunur. Görünən odur ki, İrəvan hökuməti gündəmdəki müzakirələrə adekvat reaksiya vermir. Hər halda Azərbaycan-Ermənistan danışıqlarında ən məlumatlı tərəflərdən biri, şübhəsiz, XİN rəhbəri Ceyhun Bayramovdur. Əgər nazir prosesə ümidsiz yanaşırsa, deməli, Paşinyan hökumətinin yaxın zamanlarda sülhə və əməkdaşlığa yönəlik qətiyyətli addım atacağı ehtimalı sıfıra bərabərdir.
Ceyhun Bayramovun sözlərini “Şərq”ə təhlil edən politoloq Əhəd Məmmədli İkinci Qarabağ müharibəsindən qabaq Müdafiə naziri Zakir Həsənovun açıqlamasını xatırladıb. Ekspert bildirib ki, o vaxt XİN rəhbəri Elmar Məmmədyarov idi:
“Müdafiə naziri Zakir Həsənov demişdi ki, əgər erməni tərəfi xarici işlər naziri ilə razılaşmasa, onunla danışmalı olacaq. Hamı bu açıqlamanı çox bəyənmişdi. Əgər baş diplomatımız Ceyhun Bayramov Paşinyan hökumətinin yanaşması ilə bağlı pessimist mövqedədirsə, ümid yoxdursa, Zakir Həsənov yenə qarışmalıdır. Rəsmi Bakı İrəvana vaxt verməli və tələb etməlidir ki, imza atıb razılaşdığı sazişin şərtlərinə əməl etsin. Əks halda hərbi güc işə düşəcək. Müharibə ehtimalı hər zaman “damokl” qılıncı kimi məğlub Ermənistan rəhbərliyinin başı üzərində dayanmalıdır. Paşinyanın ara-sıra verdiyi müsbət açıqlamalara aldanmaq olmaz. Paşinyan bir az Jirinovski kimi siyasətçidir. Qısa müddət ərzində bir neçə dəfə fikrini, düşüncəsini dəyişir və ciddiyətini itirir. Ermənistan baş nazirində sabit mövqe görmürük”.
Ə.Məmmədliyə görə, Paşinyan nəsə etmək istəsə də, buna cəhd göstərsə də, Kremlin təzyiqləri baş nazirin hərəkət arealını məhdudlaşdırır:
“Ermənistandan öncə hərbi və diplomatik mesajlarımızı birbaşa Moskvaya ünvanlamalıyıq. Şübhəsiz, Ərdoğan-Putin görüşündə Qarabağ məsələsi əsas müzakirə mövzularından olub. Ankara ilə birlikdə Moskvaya siyasi təzyiqləri davam etdirməliyik. İstənilən halda Paşinyanı istədiyimiz addımı atmağa sövq edəcək yeganə vasitə hərbi gücdür”.
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya