Ceyhun Bayramov və Hikmət Hacıyev diplomatik korpus üçün brifinq keçirib - FOTO
Yusif Nəzərli
15:58 13.09.2022
Gündəm
455
Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, brifinq zamanı, Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları nəticəsində yaranmış gərginlik və hərbi təcavüzün qarşısının alınması məqsədilə görülmüş təxirəsalınmaz və adekvat tədbirlər barədə iştirakçılara müfəssəl məlumat verilib. Azərbaycan tərəfindən cavab addımlarının məhdud xarakterli olduğu, legitim hərbi hədəflərə yönəldiyi və mülki əhalinin hədəf alınmadığı bildirilib.
Şərti dövlət sərhədində baş vermiş bu təcavüz aktının son günlər ərzində Ermənistan tərəfindən törədilən hərbi və siyasi təxribatlar zəncirinin bir elementi olduğu qeyd edilib. Belə təxribatlar sırasında Azərbaycan, Ermənistan, Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının Ermənistan tərəfindən kobud şəkildə pozularaq erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmaması, Azərbaycanın ərazilərinin minalanması işinin davam etdirilməsi və şərti sərhədboyu bölgədə hərbiləşmənin artması, nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətməsi və sülh prosesinə qarşı destruktiv addımlar atması, sülh müqaviləsi üzrə konkret danışıqların başlanmasına dair Azərbaycan tərəfinin təkliflərinə qarşılıq verməməsi və s. pozuntular diqqətə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə - Zəngilan rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan tərəfinin marağında olmadığı vurğulanıb.
Brifinqin yekununda iştirakçıların mövqeyi dinlənilib və verilən suallar cavablandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya