Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş keçirilir.
Sherg.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
***

12:38
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qarşılayıb.
Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Qeyd edilib ki, səfər Azərbaycan ilə Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq əlaqələrini əks etdirir.