Türkiyənin ana müxalifət partiyası CHP-də daxili gərginlik yenidən gündəmə gəlib. Partiyada mümkün ixrac qərarları ətrafında müzakirələr fonunda bəzi tanınmış simaların hədəfə alınması rəhbərliklə müxalif qanad arasındakı ziddiyyətləri daha da dərinləşdirib.
Sherg.az xəbər verir ki, müzakirələrin əsas mövzusu korrupsiya və rüşvət iddiaları deyil, bu məsələləri gündəmə gətirən şəxslərə qarşı sərgilənən münasibətdir. Tənqidçilər partiya rəhbərliyini fərqli fikirlərə qarşı dözümsüzlükdə ittiham edirlər.
Analitiklərin fikrincə, CHP-də yaşanan bu proseslər partiyanın daxili birliyinə və gələcək siyasi perspektivlərinə təsir göstərə bilər. Qarşıdakı dövrdə veriləcək qərarlar həm partiyadaxili balansı, həm də Türkiyə müxalifətinin gələcək istiqamətini müəyyənləşdirəcək.