CHP-də “kürsü savaşı”: Kılıçdaroğlu və Özəl eyni saatda...

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) Kamal Kılıçdaroğlu ilə Özgür Özəl arasında parlamentdə keçiriləcək qrup iclası ilə bağlı qarşıdurma yaranıb.

Hər iki tərəf bu gün saat 13:30-da Türkiyə Böyük Millət Məclisində qrup iclası keçirəcəyini açıqlayıb. Özgür Özəl iclasın partiya qaydalarına uyğun keçiriləcəyini bildirərək çıxışın özü tərəfindən ediləcəyini deyib.

Kılıçdaroğlu isə CHP sədri kimi iclasda çıxış edəcəyini və partiya rəhbərliyi səlahiyyətinin tanınmasını tələb edib.

Məsələ ilə bağlı partiya daxilində gərginlik davam edir və “kürsü böhranı” kimi qiymətləndirilir.