
CHP-də nə dəyişəcək? - Özgür Özəl Kılıçdaroğlunun uğursuzluğunda payı olan şəxslərin başında gəlir
11:21 06.11.2023
Gündəm
726
Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl seçilib. O, 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.
Partiyanın 8-ci başqanı Manisa millət vəkili Özgür Özəl 1974-cü ildə Manisada anadan olub. Ege Universitetinin Əczaçılıq Fakültəsində bakalavr təhsili alan Özəl 1999-cu ildə əczaçı kimi fəaliyyətə başlayıb.
2001-2007-ci illər arasında əczaçı, 2007-2011-ci illərdə isə Türkiyə Əczaçılar Birliyində mühasib işləyib. 2011-ci ildə CHP-dən deputat kimi ali qanunverici orqana daxil olub, 4 il sonra isə partiyanın deputat qrupunun sədri olub.
Yeni başqan alman və ingilis dillərini bilir, evlidir, bir övladı var.

Prosesləri “Sherg.az”a şərh edən türk siyasətçi və yazar Aydın Sezer vurğulayıb ki, CHP-yə yeni rəhbərin seçilməsi ictimaiyyətdə və siyasi səhnədə müəyyən dəyişikliklərin olacağı kimi dəyərləndirilir:
"Ancaq mən bu məsələdə bir az şübhəliyəm. Çünki yeni CHP sədir Özgür bey Kılıçdaroğlunun ən yaxın silahdaşlarından biridir. Bu mənada deyə bilərik ki, Özgür Özəl Kamal Kılıçdaroğlu'nun uğurlarında və ya uğursuzluğunda payı olan şəxslərin başında gəlir"
A.Sezerin sözlərinə görə, yeni sədrin seçilməsi CHP bazasının əlini gücləndirdi:
"Çünki CHP-yə səs verən kütlə bir dəyişiklik arzusunda idi. Özgür Özəl də bunu təmin edəcək gücdə görünür. Hadisənin Türkiyə siyasətinə necə təsir edəcəyini isə yerli seçkilərdə müşahidə edəcəyik. Yəni bu seçkilərdə əldə olunacaq uğur və uğursuzluqlar Özgür Özəlin gələcək fəaliyyətini göstərəcək. Onu da qeyd edim ki, Özgür Özəlin digər partiyalarla ittifaq axtarışına girə bilər. Onsuz da bu işləri Əkrəm İmamoğlu şəxsən aparır. Digər bir məsələ isə Əkrəm İmamoğlunun İstanbul Böyükşəhir bələdiyyə sədrliyini qazana bilməməsidir. Bu fonda CHP daxilində yeni bir liderlik rəqabəti başlaya bilər. Ümumiyyətlə Özgür Özəlin CHP sədri seçilməsinin arxasındakı əsas güc Əkrəm İmamoğludur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə