CHP-də növbəti istefa: İstanbul millət vəkili partiyanı tərk etdi

Türkiyənin ana müxalifət partiyası olan CHP-də növbəti istefa baş verib.

Sherg.az xəbər verir ki, CHP-nin İstanbul millət vəkili Nimet Özdemir partiyasından ayrıldığını açıqlayıb.

Məlumat CHP-də növbədənkənar qurultayla bağlı müzakirələrin davam etdiyi vaxta təsadüf edib. Belə ki, 80 illik bir təşkilatın nümayəndələri növbədənkənar qurultayın keçirilməsi tələbi ilə toplanmış 833 notariat təsdiqli imzanı partiya rəhbərliyinə təqdim ediblər.

Qeyd edək ki, Nimet Özdemir 2023-cü il parlament seçkilərində İYİ Parti siyahısından deputat seçilmişdi. Daha sonra partiyadan ayrılaraq CHP-yə qoşulmuşdu. Onun partiya nişanı CHP sədri Özgür Özel tərəfindən təqdim edilmişdi.