Çində koronavirusdan ölənlərin sayı 723-ə yüksəlib
03:55 08.02.2020
Gündəm
971
Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 34 min 621, bu virus səbəbindən ölənlərin sayı isə 723 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 27 min nəfərdən çoxdur. İndiyədək 2055 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 6101 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 345 min nəfəri müəyyən edib, onlardan 189 mini həkim nəzarətinə alınıb.
Ötən günün statistikasına əsasən, koronavirusa yeni yoluxanların ən çoxu virusun aşkarlandığı Hubey vilayətində qeydə alınıb - 2841 nəfər. Fevralın 7-də Çində qeydə alınan 86 ölüm faktının 81-i Hubey vilayətində, biri paytaxt Pekində, digərləri isə Xeyluncian, Xınan və Qansu vilayətlərində olub.
Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada, ümumilikdə, 276 adam virusa yoluxub. Çinin hüdudlarından kənarda - Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya