CNN-in keçirdiyi yeni sorğuya görə, ABŞ-nin sabiq prezidenti Barak Obama hazırda yaşayan prezidentlər arasında ən yüksək ictimai rəğbətə malik siyasətçidir.
Sherg.az xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, amerikalıların 57 faizi Obamaya müsbət yanaşır. Müqayisə üçün, ABŞ Prezidenti Donald Tramp barədə müsbət rəy bildirənlərin payı 34 faiz, sabiq prezident Co Bayden haqqında müsbət düşünənlərin nisbəti isə 30 faiz təşkil edir.
CNN qeyd edir ki, Obama xüsusilə müstəqil seçicilər arasında Bayden və Trampdan iki dəfədən çox dəstəyə malikdir. O, həmçinin Demokratlar Partiyası daxilində demək olar ki, tam dəstək qazanıb.
Məlumata görə, ABŞ-də sabiq prezidentlərə münasibət zaman keçdikcə dəyişir və çox vaxt onların reytinqi vəzifədən getdikdən sonra yüksəlir. Obama da prezidentlikdən ayrıldıqdan sonra yüksək populyarlığını qoruyub saxlayıb.