Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub

Noyabrın 15-də Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub.

Bu barədə APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir.

Qeyd edək ki, Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Özbəkistanda səfərdədir.