Sahibsiz heyvanların dişləməsi və ya cırmaqlaması quduzluq riski yarada bilər.
Sherg.az xəbər verir ki, Türkiyənin Namık Kemal Universitetinin infeksion xəstəliklər üzrə mütəxəssisi Mustafa Doğan yaranın ən azı 10 dəqiqə su və sabunla yuyulmasını, vaxt itirmədən tibb müəssisəsinə müraciət edilməsini və quduzluğa qarşı profilaktik tədbirlərin görülməsini tövsiyə edib.
Həkim bildirib ki, simptomlar başlayandan sonra quduzluğun müalicəsi son dərəcə çətinləşir və ölüm riski yüksək olur. O, həmçinin ev heyvanlarının quduzluğa qarşı peyvənd edilməsinin vacibliyini vurğulayıb.