Türkiyənin Manisa şəhərində dörd il əvvəl öd kisəsindən əməliyyat olunan 55 yaşlı qadının bədənində cərrahi tənzif unudulduğu aşkarlanıb.
Sherg.az xəbər verir ki, “Demirören Haber Ajansı”nın məlumatına görə, tənzif qadının yoğun bağırsağını deşərək oraya yerləşib. Səhhətində ciddi problemlər yaranan Serap Konuşkan 2024-cü ildə yenidən əməliyyat olunub.
Hadisə ilə bağlı iki həkim barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açılıb. Onlara 3 aydan 1 ilədək həbs cəzası verilməsi tələb olunur.
Qadın dörd ildir sağlamlıq problemləri yaşadığını və hüquqlarının bərpası üçün məhkəmə prosesini izləyəcəyini bildirib.