Debat baş tutarsa, Paşinyan, Sarkisyanla Köçəryanı "ayaqlayar" - TƏHLİL
12:37 24.12.2024
Gündəm
394
Keçmiş Prezidentlərin debata gəlməmə səbəbi budur və onlar görüşdə uduzacaqlarını bilirlər
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib ki, Ermənistanın keçmiş prezidentlərinin heç biri Baş nazir Nikol Paşinyanla Qarabağ mövzusunda debat etmək istəmir. Ümid yalnız Azərbaycan Prezidenti İlham Əliyevədir. O qeyd edib ki, yalnız Azərbaycan Prezidenti Paşinyandan açıqlamasına aydınlıq gətirməsini istəyə bilər. Həmçinin vurğulayıb ki, Baş nazir 1994-cü ildə Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycana qaytarmağa hazır olduğunu deyib.
Daha sonra isə keçmiş prezidentləri bu məsələdə debata dəvət edib. Lakin heç kim onunla danışmaq istəmir. İndi ümid bircə Azərbaycan Prezidenti İlham Əliyevədir. Sadəcə o Paşinyandan soruşa bilər ki, əgər həqiqətən İrəvan Qarabağı 30 il əvvəl geri qaytarmağı düşünübsə, o zaman niyə 2020-ci ilə qədər həmin ərazi türklərə (Azərbaycana – red.) təslim edilməyib? Belə çıxır ki, bu illər ərzində mövzunun bağlanması üçün Nikol Paşinyanın hakimiyyətə gəlməsi gözlənilib? Qeyd edək ki, Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın ofislərindən Nikol Paşinyanın debat təklifinə münasibət bildirilib. Hər üçünün təklifi rədd etdiyi, buna müsbət baxmadığı açıqlanıb.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezidentlər olan Serj Sarkisyan və Robert Köçəryan debata çağırdı. Lakin keçmiş prezidentlər sözügedən debatdan imtina etdilər:
“Görünən odur ki, Nikol Paşinyan tarix qarşısında özünü təmizə çıxarmaq üçün belə addım atıb. Amma eks-prezidentlər düşünürlər ki, Paşinyanın siyasəti nəticəsində Ermənistan ordusu 44 günlük müharibədə Azərbaycana məğlub olub. Paşinyan erməni xalqına sübut etməyə çalışır ki, Ermənistanın müharibədə uduzmasına səbəb məhz Köçəryan və Sarkisyan cütlüyünün səhvləridir. Həqiqətən də Baş nazir bu məsələdə haqlıdır, çünki keçmiş prezidentlərin korrupsiya faktlarına yol verməsi, Ermənistan ordusunu zəiflətməsi səbəbindən ölkədə xaos hökm sürürdü. Nəticə etibarilə, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin bir həmləsi ilə darmadağın edildi. Azərbaycan öz ordusunu daha da gücləndirdi, qısa müddət ərzində dünya miqyasında nüfuzlu ordu yaratdı. Ancaq Ermənistan ordusu isə korrupsiya və tapşırıqlar fonunda geriyə düşdü. Nikol Paşinyanın erməni tarixində xalqa çatdırmaq istədiyi bundan ibarətdir. Ermənistan Baş naziri iqtisadi və sosial göstəricilərlə bağlı da baş verən günahları öz sələflərinin üzərinə qoymaq istəyir və buna görə də həmin şəxsləri debata çağırır. Hesab edirəm ki, həmin debat baş tutarsa, Paşinyan qalib tərəf olaraq ayrılacaq. Keçmiş Prezidentlərin debata gəlməmə səbəbi budur və onlar görüşdə uduzacaqlarını bilirlər. Debatdan prezidentlərin yan qaçması gələcək parlament seçkilərində Nikol Paşinyan qalib gəlməsi üçün önəmli faktordur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiflənsə də yeyilə bilən qidalar hansılardır?
23:57 27.06.2026
Sağlamlıq
Netanyahu: ABŞ və Livan İsrailin bu hüququnu tanıyıb
23:50 27.06.2026
Dünya
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
23:46 27.06.2026
İdman
Kral saraydan gedir
23:32 27.06.2026
Dünya
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə