Deputatlar ciddi məsələni gündəmə gətirdilər
10:35 02.11.2024
Gündəm
506
Tibb Universitetini bitirənlər məcburi qaydada təyinatla rayonlara işləməyə göndərilsin
Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Cari mövzularla bağlı çıxış edən deputatlar müxtəlif məsələləri gündəmə gətiriblər. Millət vəkili Fazil Mustafa deyib ki, sərbəst güləşimizin tənəzzülə getməsi legioner məsələsi ilə bağlıdır. Onun sözlərinə görə, biz legionerlər üzərində qalanda belə uğursuzluqlar olur: "Legioner bir neçə il iştirak edir, sonra gedir. Futbolda da belədir. Legionerlərin sayı məlumdur. Orta məktəblərə, universitetlərə baş çəkdik. Heç birinin girişində qızıl medal qazananların - Hacı Əliyev, Eldənizin fotoları yoxdur. Şəhidlərimizin fotolarını qoyurlar. Bu əladır. Amma yaşayan qəhrəmanlarımızın şəkilləri yoxdur. Biz buna fikir verməliyik. Ona görə də gənclər "baboş"lara meyil edirlər".
"Həkimlərə məcburi qaydada təyinat verilməlidir"
Deputat Aqil Abbas deyib ki, həkimlərə məcburi qaydada təyinat verilməlidir və o özü də universiteti bitirəndə təyinat alıb: “İstəməsəm də, gedib təyinatla göndərildiyim yerdə işlədim. Məcburi qaydada həkimlərə təyinat verilməlidir. Eyni qaydada bunu müəllimlərə də etmək olar. İmtiyazlar tanınaraq Tibb Universitetini bitirənlər təyinatla ehtiyac olan bölgələrə göndərilə bilər. Xankəndidə gedib işləmək üstündə davadır. Eləcə də Səyyad müəllim dedi İmişlidə, Sabirabadda həkim çatışmazlığı var. Xahiş edirəm ki, bu məsələ qaldırılsın, Tibb Universitetini bitirənlər məcburi qaydada təyinatla rayonlara işləməyə göndərilsin”.
Spiker Sahibə Qafarova isə qeyd edib ki, deputatın dediklərinizin arxasında fakt yoxdur: “Heç olmasa, deyəndə rəsmi məlumat verin. Rəsmi surətdə statistikası ilə birlikdə məlumat verin. Haradan bilirsiniz, həkim yoxdur?!”
"Onkoloji xəstəliklərin icbari tibbi sığortadan kənarda qalması bizi narahat edir"
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, onkoloji xəstəliklərin icbari tibbi sığortadan kənarda qalması bizi narahat edir. O bildirib ki, kadr çatışmazlığı məsələsində də problemlər var: “Amma bunun həlli üçün çalışılır. İcbari tibbi sığorta işləyir. Aparılan sorğulara görə, əhalinin icbari tibbi sığortadan məmnunluğu artır. Azərbaycanda təyinat sistemi var. Əvvəl Tibb Universitetini bitirəndə təyinat olurdu, indi isə rezidenturada bu təyinat sistemi tətbiq edilir”.
"Qərbi Azərbaycan ərazisindəki 600 qəbiristanlıqdan yalnız 2-si qalıb"
Deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib ki, Qərbi Azərbaycan ərazisindəki 600 qəbiristanlıqdan yalnız 2-si qalıb: "Bu günlərdə sonuncu deportasiya zamanı tərk etmək məcburiyyətində qaldığımız Qərbi Azərbaycan ərazisindəki 300-ə yaxın yaşayış məntəqəsinə aid 600 qəbiristanlıqla bağlı tədqiqatımızı başa vurmuşuq. Bu qəbiristanlıqlardan 450-dən çoxu yer üzündən tamamilə yox edilib". Deputat bildirib ki, bu qəbiristanlıqlardan 150-yə yaxınının dağıdılmış qalıqları müşahidə edilməkdədir: “600 qəbiristanlıqdan cəmi ikisi - Amasiya rayonunun Qaranamaz və Kalinino rayonunun Cücəkənd qəbiristanlıqları hələlik salamatdır, vəssalam! Təsəvvür edin, 600 qəbiristanlıqdan cəmi 2-si! Hazırda 3 qəbiristanlıq üzərində iş gedir: Vedi rayonunun Şidli, Zəngibasar rayonunun Sarvanlar və Rəncbər kəndlərinin qəbiristanlıqları üzərinə qum və torpaq verilərək izləri itirilməkdədir. Basarkeçər rayonunun 4 kəndində - Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. Yuxarı Şorca və Canəhməd kəndlərindəki istehkamlar lap təzədir – 2024-cü ilin əvvəllərində salınıb. Basarkeçərin Zod və İnəkdağı kəndlərində də eyni vəziyyətdir. Biz bu arayışları həmin 600 qəbiristanlığın hər biri haqqında, həm də bu gün ermənilərə havadarlıq edən ölkələrin özlərinin 1988-ci ildən əvvəlki və sonrakı dövrlərə aid peyk görüntüləri və digər təkzibolunmaz sübutlar əsasında hazırlamışıq. Bütün bunlar bəşər tarixində analoqu olmayan vandalizm hərəkətidir və bunda təkcə Ermənistan günahkar deyil, həm də onu bu cinayətlərə sürükləyən, özünün Azərbaycanafob siyasətindən bu gün də əl çəkmək istəməyən dövlətlər günahkardır”.
Oxşar xəbərlər
Yəmən hökuməti Bab əl-Məndəb boğazı və Zubab rayonuna nəzarəti tam itirib - YENİLƏNİB
17:30 15.11.2026
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə