
Dövlət başçımızın açıqlamasından çıxan nəticə: "Haylar Qarabağda qalıb yaşamaq istəyirlərsə, onda..."
Dövlət başçımızın açıqlamasından çıxan nəticə: "Haylar Qarabağda qalıb yaşamaq istəyirlərsə, onda..."
Yusif Nəzərli
10:32 16.07.2022
Gündəm
599
"...azərbaycanlıların da ən azından Qərbi Zəngəzura qayıtmaları reallığıyla razılaşmalıdırlar"
"Prezident İlham Əliyev Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanlara "status" istəyinin qarşılığında Qərbi Zəngəzurla bağlı da belə bir tələb irəli sürüləcəyini bildirdi".
"Sherg.az"ın xəbərinə görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.
Deputat bildirib ki, dövlət başçımızın açıqlamasından çıxan əsas nəticə budur ki, haylar Qarabağda qalıb yaşamaq istəyirlərsə, onda azərbaycanlıların da ən azından Qərbi Zəngəzura qayıtmaları reallığıyla razılaşmalıdırlar:

"Onlara status verilib-verilməyəcəyi isə artıq ikinci dərəcəli məsələdir. O baxımdan ikinci dərəcəli məsələdir ki, Azərbaycan üçün aktual olan bizim soydaşlarımızın indi Ermənistan adlandırılan torpaqlardakı yurd yerlərinə qayıtmasıdır. Status məsələsini qaldıran ikinci Qarabağ savaşının nəticələrini həzm etmək istəməyən bəzi çevrələr və haylardır. İndi onlar oturub fikirləşməlidirlər ki, Azərbaycanın mərkəzində Ermənistanla sərhəddən xeyli uzaqda yaşayan haylara "status" verilməsinin qarşılığında Qərbi Zəngəzura qayıdacaq azərbaycanlıların da oxşar haqlarının tanınması geosiyasi, elə həm də siyasi baxımdan kimə daha çox sərf edir. Azərbaycanla Türkiyəyə, yoxsa haylardan geosiyasi alət kimi faydalanmağa çalışanlara? Mən bu fikirdəyəm ki, Qərbdəki bəlli çevrələrdən və qonşuluqdakı bəzi dövlətlərdən fərqli olaraq ən azı indiki reallıqda bu qarşılıqlı "status" məsələsi, haradasa Rusiyanın da maraqlarına cavab verir. Yəqin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin dünən Ermənistanda səfərdə olan şefi də bunu bilməmiş deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiya və minimum əməkhaqqı artır - VİDEO
12:47 19.09.2026
İqtisadiyyat
Sabahın hava proqnozu açıqlanıb
12:37 19.09.2026
Ekologiya
20 Sentyabr tarixi dönüş nöqtəsidir - ŞƏRH
12:28 19.09.2026
Gündəm
Erməni ordusu müharibəyə hazırlaşır: 500 km uça bilən PUA...
12:05 19.09.2026
Dünya
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı
11:57 19.09.2026
Hadisə
Elşad Namazov vəzifəsindən ayrıldı
11:39 19.09.2026
Cəmiyyət
Tramp: Çinlə münasibətlərimiz yaxşıdır
11:29 19.09.2026
Dünya
Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb
11:15 19.09.2026
İqtisadiyyat
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
11:03 19.09.2026
Mədəniyyət
Tramp BMT Baş Assambleyasında Zelenski ilə görüş planlaşdırmayıb
10:57 19.09.2026
Dünya
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ
10:54 19.09.2026
İnfrastruktur
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
10:52 19.09.2026
Aktual
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq
10:45 19.09.2026
Mədəniyyət
Harri Keyn Bundesliqada tarix yazdı
10:37 19.09.2026
Futbol
Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
10:09 19.09.2026
Dünya