"Dövlət gənclərimizin vətənpərvər ruhda yetişdirilməsi üçün bütün şəraiti yaradıb"
Yusif Nəzərli
07:30 15.09.2022
Gündəm
433
"Dövlətimiz tərəfindən gənclərimizin savadlı, vətənpərvər ruhda yetişdirilməsi üçün bütün şərait yaradılıb".
"Report"un xəbərinə görə, bu fikirləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan rayonu Ağalı kənd orta məktəbinin açılış tədbirində deyib.
“Əziz şagirdlər, bu əlamətdar günlə bağlı hər birinizi təbrik edir və dərslərinizdə uğurlar arzu edirəm. Gördüyünüz kimi, məktəbiniz yeni və müasir texnologiyalarla təchiz edilib. Dövlətimiz tərəfindən gənclərimizin savadlı, vətənpərvər ruhda yetişdirilməsi üçün bütün şərait yaradılıb. Siz də daha yaxşı oxumalı, gələcəkdə Azərbaycanın və dünyanın nüfuslu universitetlərinə qəbul olmalısınız. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək “Təhsil millətin gələcəyidir!” Siz də bizim gələcəyimizsiniz və sizin savadlı olmağınız gələcəkdə Zəngilanın, Qarabağın və bütövlükdə Azərbaycanımızın inkişafına köməklik edəcək. Müəllimlərimizi də təbrik edir, onlara da bu çətin və məsuliyyətli işdə uğurlar arzu edirəm“, - o vurğulayıb.
İyirmi doqquz ildən sonra işğaldan azad olunmuş torpaqlarımızda yeni məktəbdə ilk dəfə zənginin çalındığını deyən Vahid Hacıyev ölkə başçısına yaratdığı bu şərait üçün minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Azərbaycanla Ermənistan arasında sovet dövründə mövcud olmuş dəmir yolu bərpa ediləcək - Paşinyan
18:36 07.10.2026
Paşinyandan əsgərimizlə bağı yeni açıqlama: Heç olmasa, bir müddət burada saxlanılmalıdır
17:53 07.10.2026
Xəbər lenti
Hamısına bax
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol