DTX mühüm məlumatı açıqladı
10:49 08.06.2024
Gündəm
319
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin qaçaq yolla külli miqdarda narkotik vasitələrini Azərbaycana daşıdıqları marşrutları açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə DTX-nin yaydığı məlumatda qeyd olunub.
Transmilli mütəşəkkil cinayətkar dəstələrin narkotik vasitələrini Azərbaycana daşıdıqları əsas marşrutların bunlar olduğu qeyd edilib:
İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası;
İran İslam Respublikası - Azərbaycan Respublikası - Türkiyə Respublikası - Rusiya Federasiyası;
İran İslam Respublikası - Azərbaycan Respublikası - Qazaxıstan - Rusiya Federasiyası - Qərbi Avropa;
İran İslam Respublikası - Azərbaycan Respublikası - Gürcüstan-Ukrayna-Qərbi Avropa (Rusiya - Ukrayna müharibəsinə qədər);
İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası - Yaponiya (Rusiya - Ukrayna müharibəsinə qədər).
Məlumata görə, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan İran vətəndaşları dövlət sərhədi boyu yerləşən yaşayış məntəqələrində yaşayan və əsasən sosial təminatı aşağı olan Azərbaycan vətəndaşlarını narkotik ticarəti ilə bağlı cinayətkar fəaliyyətə cəlb olunurlar:
"Başqa bir qisim vətəndaşlarımız isə hər hansı digər vəziyyət və şərtlər daxilində (tibbi yoxlanışlar üçün İİR-ə səfər edərkən, habelə Azərbaycan ərazisində məhkumluq həyatı yaşayan İİR vətəndaşlarının AR vətəndaşları ilə yaratdıqları kontaktlar vasitəsilə və ya sosial şəbəkələr üzərindən təxmini tanışlıqlar quraraq) ələ alındıqdan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar fəaliyyətə sövq edilirlər".
Məlumatda qeyd olunub ki, bununla da narkotik vasitələri Azərbaycana göndərmək niyyətində olan cinayətkar qrup və ya şəxslər “tələyə düşmüş” Azərbaycan vətəndaşlarını aldadaraq onlara gördükləri iş müqabilində müəyyən miqdarda pul vəsaiti ödəməklə özlərinin daha çox qazanc götürmələrini təmin edirlər.
"Həmçinin həmin şəxsləri özlərindən asılı vəziyyətdə saxlamaq üçün “qurbanlarına” mütəmadi olaraq az miqdarda müxtəlif növ narkotik vasitələr “hədiyyə” edərək onları narkotik vasitələrin aludəçisinə çevirir, eyni zamanda “gördükləri işin” müqabilində həmin şəxslərə ödənəcək pul vəsaitini onlara hissə-hissə çatdırırlar. Qeyd olunan “ödəmə prinsipi” kuryer rolunda çıxış edən insanların narkotik vasitələrin mütəmadi olaraq daşınmasına sövq edilməsi üçün münbit şərait yaradır. Həmçinin bu şəxslərə müxtəlif vədlər verilərək qısa müddət ərzində maddi çətinliklərdən xilas olacaqları fikri aşılanır," - məlumatda bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
18:00 02.07.2026
Siyasət
Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
17:52 02.07.2026
Hərbi
Dəməşqdə kafedə partlayış baş verib - Ölən və yaralananlar var
17:40 02.07.2026
Gündəm
Ukrayna ilk dəfə öz ballistik raketindən istifadə etdi
17:33 02.07.2026
Dünya
İnternet sürətində sıçrayış gözlənilir
17:33 02.07.2026
Texnologiya
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi
17:18 02.07.2026
Hərbi
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
17:11 02.07.2026
Dünya
Suriya və Livan arasında razılaşma imzalanıb
17:04 02.07.2026
Dünya