Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Oktyabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,87% – 33,407.58 bəndədək, S&P 500 indeksi 1,18% – 4,308.50 bəndədək, Nasdaq indeksi isə 1,60% – 13,431.34 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında oktyabrın 6-da Fransanın CAC-40 indeksi 0,88% – 7,060.15 bəndədək, FTSE 100 indeksi 0,58% – 7,494.58 bəndədək, Almaniyanın DAX indeksi isə 1,06% – 15,229.77 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,34% artaraq 1,0586 dollar təşkil edib.