Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb.
Teleqraf-ın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla ümumilikdə 20 nəfər əfv olunub.
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, əfv olunanlar arasında əcnəbi vətəndaşlar da var. Onlardan 5 nəfəri əcnəbi olmaqla 1-i Fransa, 2-si Türkiyə, 1-i Rusiya Federasiyası, 1-i Pakistan Respublikası vətəndaşıdır. Əfv olunanlar arasında 14 Azərbaycan vətəndaşı cəzaçəkmə yerindən azad edilir.
Bir nəfər isə azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.