Əl sıxmadan danışıqlar: ABŞ–İran dialoqunda soyuq atmosfer

İsveçrənin Bürgenştok qəsəbəsində ABŞ və İran nümayəndə heyətləri təxminən 10 ildən sonra ilk dəfə eyni zalda bir araya gəlib.

Sherg.az xəbər verir ki, görüşdə İranın nüvə proqramı, sanksiyaların ləğvi, dondurulmuş aktivlər və Hörmüz boğazının təhlükəsizliyi müzakirə olunub.

ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, İran tərəfinə isə parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib. Vasitəçi qismində Qətər və Pakistan iştirak edib.

Tərəflər eyni zalda olsalar da, əl sıxmayıb və birgə foto verməyiblər. Diplomatik mənbələr görüşlərin əsasən vasitəçilər üzərindən aparıldığını bildirir.

Danışıqlarda 60 günlük müzakirə prosesi başlayıb və yaxın günlərdə texniki səviyyədə davam etdirilməsi gözlənilir. ABŞ Prezidenti Donald Trampın sərt bəyanatlarının isə prosesə mənfi təsir etdiyi qeyd olunur.