Əraqçinin BRICS XİN rəhbərlərinin iclasında iştirakı planlaşdırılır

İran xarici işlər naziri Abbas Əraqçinin BRICS xarici işlər nazirlərinin iclasında iştirakı planlaşdırılır.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Hindistan mediasına müsahibəsində deyib.

O bildirib ki, İranla Hindistan BRICS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür və bu iki təşkilat çərçivəsində əməkdaşlıq və koordinasiya səviyyəsi yüksəkdir.

Bəqai əlavə edib ki, bu iclas Tehran üçün önəmlidir.