Ərdoğan Akşenerə vəzifə təklif edib? - Dərvişoğludan açıqlama
Yusif Nəzərli
22:39 05.06.2024
Gündəm
719
İYİ Partiyasının başqanı Müsavat Dərvişoğlu prezident Rəcəb Tayyib Ərdoğanla İYİ Partiyasının keçmiş sədri Meral Akşener arasında keçirilən görüşlə bağlı danışıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Dervişoğlu Halk TV-nin canlı yayımında gündəmlə bağlı qiymətləndirmələr edib və jurnalistlərin suallarını cavablandırıb.
Akşenerin görüşlə bağlı ona məlumat verdiyini deyən Dervişoğlu belə davam edib:
"Dövlət və siyasi həyatda mühüm vəzifələr tutmuş insanların qarşılıqlı səfərləri qədər təbii bir şey yoxdur. İnanıram ki, onlar Türkiyənin qarşısında duran fundamental məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Hörmətli sədrimiz (Akşener) səfərdən sonra mənə telefonla zəng edib, məlumat verdi. Ümumilikdə Türkiyə haqqında danışdıqlarına dair bəzi açıqlamalar verdilər, bunun xaricində 'konkret' olaraq xarakterizə edilə biləcək heç bir açıqlama vermədilər."
Dərvişoğlu bildirib ki, siyasi partiya liderlərinin bir-birini ziyarət etməsi ilə “normallaşma” əldə olunarsa, o, bütün siyasi partiya liderləri ilə danışmağa hazırdır, ancaq Türkiyənin üzləşdiyi problemlər aradan qaldırıldıqdan sonra normallaşmaya dəstək verə bilərlər.
Prezident Rəcəb Tayyib Ərdoğanla mümkün görüşünün olub-olmayacağı sualına isə Dərvişoğlu, "Hazırda mənə heç bir məlumat verilməyib. Mən yeni seçilmiş başqanam. Cənab prezident istəsə, bizə uğurlar arzulasa, bu görüşdən çəkinməyəcəyəm. Hazırda sədr seçilməyimlə bağlı nə ondan dəvət, nə də təbrik var" deyib.
Dervişoğlu, prezident Ərdoğanın onunla deyil, Akşenerlə görüşməsi mövzusunda bir etirazı olmadığını bildirib və səfərin Meral Akşenerə zərər verməyəcəyini açıqlayıb.
“Meral Akşenerə vitse-prezidentlik vəzifəsinin verilməsi” ilə bağlı bəzi iddiaların olduğu sualına Dervişoğlu bunun mümkün olduğunu düşünmədiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya