Ərdoğan: Yaxın Şərq İkinci Dünya Müharibəsindən bəri ən təhlükəli dövrünü yaşayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Yaxın Şərqdə hazırkı vəziyyət İkinci Dünya Müharibəsindən sonra ən kritik mərhələyə daxil olub.

Sherg.az xəbər verir ki, Türkiyə lideri çıxışı zamanı qeyd edib ki, regionda baş verən hadisələr yalnız Yaxın Şərqlə məhdudlaşmır, qlobal səviyyədə təhlükəsizlik risklərini artırır.

Ərdoğan vurğulayıb ki, artan gərginlik fonunda beynəlxalq ictimaiyyət məsuliyyətli davranmalı və münaqişələrin daha da genişlənməsinin qarşısını almalıdır.

Prezident həmçinin bölgədə vəziyyətin daha da pisləşməməsi üçün diplomatik səylərin gücləndirilməsinin vacibliyini qeyd edib.